Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.