Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Rəsmi məlumat: Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb - YENİLƏNDİ

580
Paylaş:
Rəsmi məlumat: Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb -   YENİLƏNDİ

Göyçayda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə FHN-dən bildirilib.

***

11:22

Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Respublika Seymololoji Xidmət Mərkəzi məlumat yayıb.

Bilridilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də, İsmayıllı stansiyasından 35 km cənub-qərbdə baş verib.

Zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.

Qeyd olunub ki, yeraltı təkanın maqnitudası 4, dərinliyi isə 16 km olub.

Paylaş:

Ən son xəbərlər