Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.
Bu barədə DYP-dən məlumat verilib.
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan, dövlət qeydiyyat nişanı olmadan, avtomobilində konstruksiya dəyişikliyi etmiş və sürücülük hüququ məhdudlaşdırılmış "Renault" markalı, 01-CB-813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.