İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində "Toyota" və "VAZ-21011" markalı avtomobillər toqquşub.
Nəticədə "Toyota"da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.