“Mənə çox sayda zənglər oldu. Dedilər ki, Afaq xanım biz sizinləyik, hara gələk, neyniyək? Onların bəziləri isə mənim mübarizə apardığım o insanla (red: xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət) çox gözəl münasibətdədir. Mən onu söydüm. Açıq deyirəm sizə. Ona söylədim ki, qeyrətin, vicdanın olsun”
Pravda.az-ın xəbərinə görə, bu sözləri xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramında dilə gətirib.
“Bütün incəsənət nümayəndələrinin, aktyorların uğruna savaşıram. Aktyorların heç birindən incimirəm. Çünki mən özümə dəstək yığmamışdım. Mənimlə həmrəy olun deməmişdim. Onları ikinci, üçüncü “Ura!” qışqıran kimi istifadə etməmişəm.