Bakıda qətl hadisəsi baş verib.
Hadisə Nəsimi rayonunda münaqişə zəminində qeydə alınıb. 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra meyiti hissələrə ayırıb sellofan torbalara yığaraq avtomobildə Ağsu rayonuna apararaq dağlıq ərazidə iki müxtəlif yerə atıb.