Kür çayının sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Məlumata əsasən, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.