Xocavənd rayonunun Çörəkli və Yemişcanlı kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən havanın isti və küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda yanğınların tam söndürülməsi istiqamətində əməliyyat davam edir.