Biləsuvarda baş verən qəzada körpə və atası ölüb.
TƏBİB-dən verilən məlumata görə 11.08.2025-ci il tarixində saat 19:00 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.