Azərbaycan Mərkəzi Bankı (AMB) "Guavapay", "CİBPay"və "Baku Pay" MMC-lərə icrası məcburi göstəriş verib.
Mərkəzi Bank “Guavapay”, “CİBPay” və “Baku Pay”a icrası məcburi göstəriş verdi
Bu barədə AMB-dən bildirilib
AMB-nin “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Guavapay”, "CİBPay"və "Baku Pay" MMC -lərə icrası məcburi olan göstəriş verilib.