Goranboyda məktəbli qıza təcavüz edilib.
Hadisə rayon ərazisindəki orta məktəbin yaxınlığında baş verib.
Bakı şəhərində yaşayan 1996-cı il təvəllüdlü Orxan Aslanov (ad və soyad şərtidir) internetdə oyun oynayarkən Goranboy rayonunda yaşayan qızla tanış olub. O, qızla bir neçə gün danışandan sonra aralarında sevgi münasibətləri yaranıb və Orxan Goranboy rayonuna getmək istədiyini bildirib. Qız da Orxanın gəlməsinə etiraz etməyib və Orxan taksi ilə Bakıdan Goranboya yollanıb. Yeniyetmə qız Orxanı orta məktəbin arxasındakı yarımtikiliyə çağırıb və orada görüşüblər. Məlum olub ki, qız orta məktəbin 9-cu sinfində oxuyur və o, evlərindən hazırlığa getmək adı ilə çıxıb.
Görüşdən sonra Orxan Bakıya qayıdıb və onlar telefonla danışmağa davam ediblər.
Bir neçə gündən sonra Orxan qızı görmək üçün yenidən Goranboy rayonuna gedib və eyni yerdə görüşüblər. Həmin vaxt Orxan yeniyetmə qıza cinsi əlaqə təklif edib. Qız buna etiraz etsə də, Orxan onunla məcburi cinsi əlaqədə olub.