Füzuli Rayon Mərkəzi Xəstəxanasının həyətində həmin xəstəxanada laborant işləyən Dilbər Namazovanın qətlə yetirilməsinin təfərrüatı məlum olub.
Dilbər başına balta zərbələri aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Özünə gələn kimi müstəntiqə ifadə verən Dilbər iki gün sonra evə buraxılıb. Halı pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.
Qətli törədən Dilbərin keçmiş əri 48 yaşlı Elsevər Bağırov həbs edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunan Elsevər 18 il mddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2024-cü il noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətində baş verib. Elsevər Bağırov xəstəxananın Laboratoriya şöbəsində laborant işləyən keçmiş həyat yoldaşı Dilbər Namazovanın işdən çıxmasını gözləyib. E.Bağırov keçmiş həyat yoldaşı işdən çıxan zaman onun baş nahiyyəsinə balta ilə xəsarətlər yetirib. Hadisə baş verən zaman Dilbərin yanında iş yoldaşı da olub. elsevərin əlində balta ilə Dilbərə yaxınlaşdığını da ilk o görüb. Qışqıraraq kömək istəsə də Elsevər ilk fürsətdə Dilbərə zərbə endirib. İlk zərbəni başından alan Dilbər yerə yıxılıb. Elsevərə təkrar balta ilə onun başına vurub. Ətrafda olanlar Elsevəri tutaraq növbəti dəfə vurmasına imkan verməyiblər.
Ağır vəziyyətdə xəsətxanaya çatdırılan Dilbər gözlərini aça bilib. O, müstəntiqə ifadə də verib. İki gün sonra xəstəxanadan çıxarılıb. Halı pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Hadisədən 4 gün sonra...
Dilbər ölmədən öncə müstəntiqə verdiyi ifadəsində Elevərin onu uzun müddətdir ölümlə təhdid etdiyini deyib. Dilbər söyləyib ki, normal münasibətləri olmadığı üçün Elsevərdən ayrılıb və atasının evində iki övladı ilə yaşamağa başlayıb. Dilbər xəstəxanada işlədiyi dövrdə Elsevərin əsassız bəhanələr gətirərək onu narahat etdiyini deyib. Bildirib ki, Elsevərdən bir neçə dəfə polisə də şikayət edibmiş. Dilbər heç bir şəxslə münasibəinin olmadığını, Elsevərin bunu bəhanə edərək onu narhat etdiyini deyib. Dilbər onu da deyib ki, Elsevərdən etdiyi şikayətlər polisdə araşdırılırmış...
Dilbərin dediklərini onun qızı da təsdiq edib. Bildirib ki, ataları Elsevər həmişə onlara əziyyət verib, döyüb və ölümlə hədələyib. Atalarının onlarla maraqlanmadığını deyən azyaşlı bildirib ki, nə özü, nə də qardaşı atasını görmək istəməyib. Ataları isə “uşaqlarımı mənə göstərmirlər” bəhanəsi ilə anası ilə mübahisələr edib. Mərhumun qızı bildirib ki, atasının onları təhdid etməsi ilə bağlı mesajlar telefonda var.
Elsevərin digər övladı isə, ümmiyyətlə, atasını görmək istəməyib. İllər imiş ata və oğul görüşmürmüş.