Babək rayonunun Qahab kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi 68 BK 944 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı avtomobil 67 BM 473 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində Babək rayon Qahab kənd sakini Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Zamanov Mənsur Mərdan oğlu hadisə yerində həyatını itirib.