Salyan rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Pravda.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Həsən Əsədov qızı ilə bir sinifdə oxuyan, 9-cu sinif şagirdi S.D-yə təcavüz edib.
Qeyd olunub ki, S.D-nin valideynləri rəsmi ayrılıb və həmin vaxt S.D ata nənəsinin yanında qalıb. Həmin ərəfədə Həsən S.D-nın anası Aysellə tanış olur. Aysel ona boşandığını, amma qızını himayəsinə götürə bilmədiyini deyir. Həsən isə ona söz verir ki, bu barədə ona kömək edəcək. Bu üsulla Həsən Aysellə sevgili olur.
Daha sonra Həsən Ayselin 15 yaşlı qızı ilə münasibət qurmaq qərarına gəlir və o, öz qızından onu sinif yoldaşı S.D ilə tanış etməsini xahiş edir. Qızı da onunla razılaşır, sinif yoldaşı S.D-yə zəng edir. O, S.D-yə bildirir ki, guya Vüsal adlı sevgilisi var və onun dostu Əli adlı şəxs onunla tanış olmaq istəyir. Qız atasının nömrəsini Əli adı ilə S.D-yə verir və ona zəng vuracağını bildirir.
Növbəti gün Həsən S.D-yə zəng vuraraq gözünü Əli kimi təqdim edir və ondan xoşu gəldiyini deyir. S.D onunla danışmaq istəmədiyini desə də, Həsən 15 yaşlı qızı yalan vədlərlə razı salır və onunla danışmağa başlayır. Bir müddət sonra Həsən qızı şantaj edərək onunla görüşməyi tələb edir. Çarəsiz qalan S.D Həsənlə razılaşır. O, qızının sinif yoldaşı ilə zorla cinsi əlaqədə olur.