BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı Dəmiryol Vağzalında parklanma xidmətinin nə vaxtdan dayandırılacağı açıqlandı

“Bakı Metropoliteni” QSC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar olaraq 18 avqustdan Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

 

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

 

"Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər", - məlumatda bildirilib.

Tarix: 15 Avqust 2025, 18:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin