Cəlilabad rayonunun Alar kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.
1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşı, 1977-ci il təvəllüdlü Firdovsinin həyat yoldaşı, 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı bıçaqlayaraq qətlə yetirib.
İlkin məlumata görə, hadisəyə səbəb tərəflər arasında uzun müddət davam edən mülk davası olub. Son günlər Təhmasib, Rəviyyəyə “dilini kəsəcəyəm” deyə hədələyib. Qadın da bu təhlükə barədə əvvəlcədən Biləsuvarda yaşayan ailəsinə məlumat verib.