Müğənni Rəqsanə İsmayılova həbs edilib. Pravda.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu, ifaçı barədə yayılan belə xəbərlərin artıq üçüncü halıdır. Daha əvvəl 2024-cü il aprelin 4-də onun həbs olunduğu iddia edilsə də, müğənni həmin xəbərləri təkzib edərək yalan olduğunu açıqlamışdı.
Oxşar xəbərlər 2023-cü ilin 10 aprel tarixində də gündəmə gəlmiş, lakin təsdiqini tapmamışdı.
Qalmaqallı həbs xəbərləri yalnız müğənni ilə bağlı olmayıb. 2007-ci il avqustun 28-də Rəqsanə İsmayılovanın anası Adilə Həsənova və bacısı Ellada İsmayılova insan alveri ittihamı ilə həbs edilmişdi.