Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin 1-ci mikrorayonu, Vaqif küçəsi ilə hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış "Chevrolet" və "Mercedes" markalı maşınlara çırpılıb.
Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb.