“Bu gün ermənilər əsas düşmənləri olaraq Haqqin.az saytını göstərirlər. Müşahidəm onu deyir ki, bu prosesdə ermənilərin rusdilli təbliğatını darmadağın edən məhz tanınmış jurnalist Eynulla Fətullayev oldu”.
Deputat: “Eynulla Fətullayev gecə-gündüz erməniləri artileriya atəşinə tutdu”
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.
“3 gün gecə-gündüz erməniləri artileriya atəşinə tutdu. Əksər hallarda da hədəfə dəydi. Halal olsun!” – F.Mustafa qeyd edib.