Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən Vətən Müharibəsi qazisi, 28 yaşlı İ.Əliyev saxlanılıb.
O, zərərçəkmişləri işlə təmin edəcəyinə və təqaüd düzəldəcəyinə dair yalan vədlər verərək 30-a yaxın şəxsdən ümumilikdə 100.000 manata yaxın pulu dələduzluq yolu ilə mənimsəyib.