Bakının Şağan qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Pravda.az APA TV-yə istinadən xəbər verir ki, Elşad Şixiyev axşam saatlarında bacısına zəng edərək evlərinə dəvət edib:
"Dedi ki, Aysel adlı qız var, yemək hazırlayır, gəl bizə. Mənim ayağım sarıqlı olduğu üçün getmədim. Gecə saatlarında zəng gəldi və bildik ki, qardaşımı bıçaqlayıblar", - deyə mərhumun bacısı deyib.