Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qala qəsəbəsində 35 min manatlıq günəş panelləri oğurlandı

568
Paylaş:
Qala qəsəbəsində 35 min manatlıq günəş panelləri oğurlandı

Paytaxtda 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanılıb.

Pravda.az DİN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Qala qəsəbə sakininin ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər