Biləsuvar rayonunun Nərimankənd kəndində ailədaxili münaqişə zəminində bıçaqlanma hadisəsi baş verib.
Babayevlər ailəsində uzun müddətdir Bakıya köçmək məsələsi müzakirə olunub. Gəlin köçməyə israr edib, qayınata isə buna qəti şəkildə qarşı çıxıb.
Maddi vəziyyətlə də əlaqələndirilən fikir ayrılığı mütəmadi gərginlik yaradıb. Gəlinin tez-tez ata evinə qayıtması isə münaqişəni daha da dərinləşdirib.
Gərginləşən mübahisə fonunda gəlinin 17 yaşlı qardaşı həmkəndlisi və qohumu, 59 yaşlı Azər Babayevi bıçaqlayıb.