Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.
G.Mirzəzadə 2015-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.