Bakı Apellyasiya Məhkəməsi dələduzluqda təqsirləndirilən Elşad Aydın oğlu Səfərov barəsində birinci instansiya məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirini dəyişdirməyib.
E.Səfərov ayrı-ayrı şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış obyektlərini etibarnamə ilə əldə edərək satmaqda və satışdan əldə etdiyi bir milyon manata yaxın pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilir.
Qeyd edək ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə vəsatət və təqdimat göndərilib.