Vəzifə təyinatı ilə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb. Pravda.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Bakı şəhərində baş verib.
İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs vətəndaşlardan birini Quba rayonu, Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək, bunun müqabilində ondan 20 000 manat pul alıb. Lakin o, vədinə əməl etməyib.