Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum olub.
Pravda.az-ın məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev xarici işlər naziri təyin olunacaq.
Bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin müvafiq Sərəncam imzalaması gözlənilir.
Xatırladaq ki, Hikmət Hacıyev 2014–2018-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.