Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Rusiya XİN: Vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır

1 509
Paylaş:
Rusiya XİN: Vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır

“Bu çox çətin problemdir. Təəssüflər olsun ki, son günlər vəziyyətin daha da gərginləşdiyini görürük. Biz baş verənlərdən çox narahatıq. Rusiya Xarici İşlər Nazirliyi (XİN) artıq tərəfləri atəşkəsə riayət etməyə, danışıqlara başlamağa çağırıb. Təəssüflər olsun ki, sərhəddə toqquşma davam edir”.

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Təhlükəli vəziyyət ondan ibarətdir ki, bu bütün regionun təhlükəsizliyinə təsir edə bilər. Dağlıq Qarabağ ətrafında vəziyyət nizamlanmamış olaraq qalır. Həmsədrlər arasında təmaslar gedir. Ümid edirik ki, həmsədrlərin səyləri nəticə verəcək. İndi ilk növbədə vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.APA

Paylaş:

Ən son xəbərlər