Oğuz rayonunun Xalxal kəndində "Forel" istirahət mərkəzinin işçiləri arasında mübahisə baş verib.
Hadisə zamanı fəhlə Coşqun Məmmədov ofisiant Xəyalın bədəninə yumruq və təpiklə zərbələr endirib. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisəni törədən Coşqunun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.