Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.
Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu, 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.