Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xocavənd və Ağdərədə yanğınların söndürülməsinə FHN-in aviasiyası cəlb olunub - VİDEO

492
Paylaş:
Xocavənd və Ağdərədə yanğınların söndürülməsinə FHN-in aviasiyası cəlb olunub -     VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Paylaş:

Ən son xəbərlər