Müasir dövrdə müharibə yalnız səngərdə deyil, həm də informasiya sahəsində aparılır. 3 dildə – Azərbaycan, türk və rus dillərində yayımlanan “Yeni Çağ” Media Qrupu ölkəmizin apardığı genişmiqyaslı informasiya savaşında hər zaman öncüllərdən olub.
Eyni zamanda, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də öz imkanları və şəxsi əlaqələri vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyalara çatdırılmasında intensiv fəaliyyət göstərir.
O, “TRT World” qrupuna daxil olan “TRT Arabia”, “A Haber”, ON4 və başqa telekanallarda, Kərkükün ən nüfuzlu agentliklərindən olan “Türkmən” İnformasiya Agentlikliyində, və digər platformalarda Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar haqqında ətraflı məlumat verir.
Aqil Ələsgər Türkiyə, Şimali Kipr, İraq mətbuatında Ermənistanın sözügedən sərhəd təxribatını və təcavüzkar siyasətini daim ifşa edən azsaylı jurnalistlərimizdəndir.