"ARFA AQRO" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) növbəti dəfə cərimələnib. Şirkət ölkədən çıxarılan pulun qarşılığında mal idxal etməyərək inzibat xəta törədib.
Şirkət bu dəfə xaricə köçürdüyü 53 min dollar qarşılığında ölkəyə mal idxal etməyib. Buna görə də qeyd edilən məbləğin 20 faizi qədər cərimə olunub. Şirkət bu qərardan apellyasiya şikayəti versə də təmin edilməyib.
Xatırladaq ki, şirkət daha əvvəl də xaricə 31 min dollar pul köçürüb. Lakin 2 il keçməsinə baxmayaraq, 31 min dollar qarşılığında malı ölkəyə idxal etməyib. Buna görə də şirkət barəsində inzibati protokol tərtib edilib və 31 min dolların 20 faizi qədər cərimə olunub. 6200 dollar cərimə olunan şirkətin şikayəti təmin edilməyib.
Bildirək ki, şirkətin qanuni təmsilçisi Rəhimov Araz Rüstəm oğludur. MMC-nin nizamnamə kapitalı 500 min manatdır. Şirkət 2022-ci ildə yaradılıb.