Abşeron rayonu, Novxanı kəndində ev təmir etmək üçün gələn usta həmin mənzilin sahibinin pulunu və bank kartını ələ keçirib. Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə yaşlı ana və atası ilə yaşayan Novxanı sakini Esmira Abdullayevanın başına gəlib.
O, avqust ayının ortaları Novxanı kəndində yerləşən evini təmir etmək üçün usta çağırıb. Vətəndaş iddia edir ki, Ramil adlı şəxs evdə 2 gün işlədikdən sonra inşaat materialları almaq üçün ev yiyəsindən 700 manat pul alıb sonra isə yoxa çıxıb.
Zərərçəkənin iddiasına görə, usta evdən çıxarkən masanın üzərində olan bank kartını da oğurlayıb.