Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Taxtakörpü-Ceyranbatan su kanalının Xızıdan keçən hissəsində iki nəfər batdı - YENİLƏNDİ

516
Paylaş:
Taxtakörpü-Ceyranbatan su kanalının Xızıdan keçən hissəsində iki nəfər batdı -   YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Pravda.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su kanalında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

***

08:13

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Paylaş:

Ən son xəbərlər