Avstraliya rusiyalı müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri ərəfəsində bir sıra Rusiya rəsmiləri, iş adamları və təbliğatçılarına qarşı sanksiyalar tətbiq edib. Bu barədə "Exo" qəzeti Böyük Britaniyanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Siyahıya Moskva merinin müavini Maksim Liksutov, təbliğatçı Kristina Potupçik, Mərkəzi Bankın sədrinin keçmiş birinci müavini Kseniya Yudayeva, Fövqəladə Hallar Nazirliyinin rəis müavini Denis Popov, baş nazirin keçmiş müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidenti Radik Şaymiyevin oğlu, azərbaycanəsilli iş adamı İlham Rəhimov və milyarder Andrey Kozitsın daxil ediliblər. Avstraliya Xarici İşlər Nazirliyi onların Ukraynanın işğalına və Rusiya daxilində repressiyalara görə məsuliyyət daşıdıqlarını hesab edib.