"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə linqvistik ekspertizanın yekunlaşdığı və nəticənin məhkəməyə daxil olduğu bildirilib.
İsfəndiyar Axundovun vəkilləri iclasda iştirak etmədiyi üçün proses təxirə salınıb.