Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 1971-ci il təvəllüdlü həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib. News24.az-ın əldə etdiyi məlumata görə, “Medikus” klinikasının həkimi olan Y. Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb.
Azərbaycanlı həkim faciəvi şəkildə öldü
O, uzun illər Ağcabədidə pediatr kimi fəaliyyət göstərib. 2016-cı ildən isə Bakının müxtəlif klinikalarında çalışaraq tanınmış pediatrlardan biri kimi fəaliyyətini davam etdirib.