Xalası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilən 14 yaşlı oğlanla bağlı yeni detallar üzə çıxıb.
Qonşuların sözlərinə görə, Günay Novruzova falçılıqla məşğul olub və özünü "Hacı xanım" kimi təqdim edib.
"Uşaq elə bir vəziyyətdə idi ki, hansı vicdansız buna dözə bilərdi?! Öz ayağı ilə gəlib qapını döyüb yardım istədi. Qanını mən silmişəm. "Xala, mənə kömək edin, məni uşaqlar evinə verin" dedi. Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü. Qadına heç kim söz deyə bilmirdi, çünki bu məhəllədə hamını şantaj edirdi", - deyə qonşulardan biri bildirib.