BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəfa Şərifovanı təhqir edən qadın məhkum olundu

Xocavənd Rayon Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir edən şəxs barəsində qərar elan olunub. Bu barədə Oxu.Az-a V.Şərifovanın vəkili Elməddin Məhərrəmov deyib.

 

O, bildirib ki, məhkəmənin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub. Qərara əsasən, A.Məmmədovaya elektron nəzarət qolbağı tətbiq edilib. O, hər gün 4 saat olmaqla 480 saat ictimai işlər görməyə məhkum edilib.

 

Xatırladaq ki, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında "TikTok" platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.

Tarix: 5 Sentyabr 2025, 08:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin