Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinq zamanı Telegram üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı texniki nəticələr əldə edilib.
Bu barədə ETX-dən bildirilib.
Məlumata görə, aparılan təhlillər nəticəsində hücumda istifadə olunan infrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar və yönləndirmə zəncirləri müəyyənləşdirilib, həmçinin hesabların ələ keçirilməsi prosesinə dair ətraflı məlumat əldə olunub.
Araşdırma Xidmət tərəfindən əldə olunmuş mesajların birində qeyd olunan “12320sw[.]com” ünvanlı domen ilə başlayır. Domen "156[.]251[.]247[.]206" IP ünvanına "resolve” olunur (AS40065, CNSERVERS LLC). Bu IP birbaşa hər hansı məzmun təqdim etmir, əksinə istifadəçini "p726exa[.]eu[.]cc" domen adına yönləndirir. Həmin domen isə eyni şəbəkədə yerləşən "156[.]251[.]247[.]204" IP ünvanına "resolve" olunur.
Yönləndirmə zəncirlərinə dair məlumatlar və hesabların ələ keçirilməsi prosesi