"Araz” supermarketlər şəbəkəsinin Zuğulba filialının müdiri Tehran Musayev iş başında dünyasını dəyişib.
"Araz" supermarketin gənc müdiri qəfil dünyasını dəyişdi - FOTO
Pravda.az xəbər verir ki, 27 yaşlı gənc müdirin ürəktutmasından vəfat etdiyi bildirilib. O marketdə iş başında olarkən qəfil vəziyyəti pisləşib və bir neçə saatdan sonra keçinib.
Qeyd edək ki, xeyli müddətdir "Araz” supermarketlər şəbəkəsində çalışan T.Musayev ailəli və bir uşaq atası idi.Konkret.az