Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Gəncədə baş verən uçqunla bağlı RƏSMİ AÇIQLAMA

550
Paylaş:
Gəncədə baş verən uçqunla bağlı    RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
 

FHN Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.


Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər