BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq rəssamı Nazim Bəykişiyevin vəziyyəti kritikdir - Maddi sıxıntılar ucbatından xəstəxanaya yerləşdirmək mümkün olmayıb

"Atam bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkir, vəziyyəti kritikdir". Bu barədə APA-ya Xalq rəssamı Nazim Bəykişiyevin oğlu Zöhrab Bəykişiyev məlumat verilib.

 

O bildirib ki, maddi sıxıntılar ucbatından hazırda atasını xəstəxanaya yerləşdirmək mümkün deyil: "Bu barədə aidiyyəti qurumlara məlumat verilib".

 

Qeyd edək ki, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akdemik Musiqili Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rəssamı və baş rəssamı olub.

Tarix: 8 Sentyabr 2025, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin