Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.
Lənkəran rayon sakini 1973-cü il təvəllüdlü Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.