Xankəndi şəhərinin giriş postunun suyunu kəsən sahibkar həbs edilib.
Şuşa şəhər sakini, 1978-ci il təvəllüdlü Həsən Əsədov (ad və soyad şərtidir) 10-OL-016 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilində beş nəfər ailə üzvü ilə Şuşadan Xankəndi şəhərinə gedib.
Girişdəki postda yoxlanılarkən məlum olub ki, avtomobildəki iki nəfərin şəhərə giriş icazəsi yoxdur. Bu səbəbdən polis əməkdaşları onların Xankəndi şəhərinə girişinə icazə verməyiblər.