Bakıda "Land Rover" markalı, "AA" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, avtomobili idarə edən 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Masallı rayonunda qeydiyyatda olan Zeynalov İ. İsmayil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cü maddələri ilə protokol tərtib olunub.
Aparılan araşdırma zamanı İ. Zeynalovun nəqliyyat vasitəsinin etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi müəyyənləşib. Həmçinin "Land Rover" markalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs işıq siqnalları ilə təchiz edildiyi aşkarlanıb.