Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayev Bakı Sağlamlıq Mərkəzindəki vəzifəsindən kənarlaşdırılıb. Modern.az-ın əldə etdiyi məlumata görə, Elçin Ağayev üç ay öncə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lərdə yazıldığı kimi, burada “direktorun müşaviri” vəzifəsi yoxdur, Elçin Ağayevin təyin olunduğu vəzifə “direktorun məsləhətçi” postu olub.