Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.
Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.