Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu baş tutmayıb.
Pravda.az-ın xəbərinə görə, bunun səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.